Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi mühafizə xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu keçirir.
Eləcə də bax: Kollec mühafizə xidməti axtarır - KOTİROVKA SORĞUSU
FED.az xəbər verir ki, kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar təkliflərini möhürlənmiş qaydada ikiqat zərflərdə 30 noyabr 2019-cu il saat 17.00-a qədər Bakı şəhər Baş Səhiyyə İdarəsinin tender komissyasına təqdim etməlidirlər.
Zərflər 2 dekabr 2019-cu il saat 10.00-da açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılar Bakı şəhəri, Mirqasımov küçəsi 1A nömrəli ünvana müraciət edə və (012) 595-38-28 nömrəli telefonla əlaqə saxlıya bilərlər. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.