Dövlət Sərhəd Xidməti daha 4 tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib şirkətlərin hər biri bir tenderin qalibi seçilib.
Baş geyimləri ilə bağlı tenderin qalibi "Mega Textil" MMC olub. Həmin tender üçün qalib şirkətə 31 618 manat ödəniləcək.
Soyuducu kameralarla bağlı tenderi "Turrus" MMC qazanıb. Həmin şirkətə 75 000 manat ödəniləcək.
"Eren NN" MMC-yə yonca otunun alınması ilə bağlı sifariş verilib. Bu tenderin dəyəri 107 200 manatdır.
Vələmir və yemlik arpa ilə bağlı sonuncu tenderin qalibi isə "Alfena RR" MMC olub. Həmin şirkətə 180 400 manat ödəniləcək.
Tenderlərin ümumi dəyəri 394 218 manatdır.