Dövlət Sərhəd Xidməti 4 tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib şirkətlərdən biri 2, digərləri isə 1 tenderin qalibi seçilib.
Belə ki, təmizlik ləvazimatları ilə bağlı tenderin qalibi "İmza Ofis" MMC olub. Həmin tenderin məbləği 36 259 manatdır.
- Mebel inventarlarının alınması ilə bağlı - TENDER ELANI
-
Dövlət Sərhəd Xidmətinin iki tenderinin qalibi "Azeli Textil" oldu - NƏTİCƏ, MƏBLƏĞ
Xüsusi geyimlərlə bağlı tenderin qalibi "Azeli Textil" MMC-dir. Qalib şirkətə bu tender üzrə 78 470 manat ödəniləcək.
Hospital ayaqqabısı, rezin çəkmə və kazarma başmağı ilə bağlı tenderin qalibi "Me.Ga.An" MMC seçilib. Bu tenderin dəyəri 72 806 manatdır.
Əlcəklərlə bağlı tenderin qalibi yenə "Azeli Textil" MMC-dir. Bu şirkətə əlcəklər üçün 76 246 manat ödəniləcək.