Dövlət Sərhəd Xidməti bir neçə tenderə yekun vurub.
FED.az xəbər verir ki, "Silah, generator və transformator yağları" tenderinin qalibi "Az Battery" MMC (VÖEN: 2906070851) olub.
Şirkətlə 87 013 manat məbləğində müqavilə imzalanıb.
Baytarlıq avadanlıqları ilə bağlı tender "AKSH" MMC (VÖEN: 1501602731) olub.
Şirkətlə 33 468 manat məbləğində müqavilə imzalanıb.
Yanğınsöndürmə balonlarının doldurulması işləri iləbağlı "Hovers Fire" MMC (VÖEN: 1504029321) ilə 35 471 manat, dron kvadratkopter tipli uçuş aparatlarının batareyaları ilə bağlı "Geocloud" MMC ilə (VÖEN: 2006331531) 21 399 manat məbləğində müqavilə imzalanıb.