Dövlət Sərhəd Xidməti 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “DSX Sahil Mühafizəsinin limanının təkmilləşdirilməsi ilə əlaqədar lahiyə-smeta sənədləri” tenderinin qalibi “Hydrotrans Engineering Mühəndislik Mərkəzi” MMC olub.
Qalib şirkətə 549 022 manat ödəniləcək.
“DSX Sərhəd Nəzarətinin inzibati binasında əlavə tikinti və quraşdırma işləri” tenderinin qalibi “Təməl Tikinti” MMC olub.
Qalib şirkətə 799 915 manat ödəniləcək.