Dövlət Şəhərsalma və Arxitektura Komitəsi açıq tender elan edir.
Dövlət qurumu Xocavənddə söküntü işləri alır -TENDER ELANI
FED.az xəbər verir ki, elanda 2023-cü ildə Komitə Aparatının saxlanması və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin işinin təmin edilməsi üçün avadanlıqların satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1400032621
Satınalan təşkilatın ünvanı : AZ.1014 Bakı şəhəri, Füzuli küçəsi 65
Müsabiqənin başlama tarixi və vaxtı: 13.10.2023 11:59
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 02.11.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 14.11.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 15.11.2023 12:00
Ödəniş şərtləri : Sifarişçi müqavilə üzrə bütün ödənişləri İcraçının malları təhvil verməsi ilə bağlı imzalayaraq təqdim etdiyi və Sifarişçinin nümayəndəsi tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən (qaimələr, aktlar və digər sənədlər əlavə edilməklə) ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə köçürmə yolu ilə həyata keçirəcəkdir.
Çatdırılma yeri : Bakı şəhəri, Füzuli küçəsi 65
Çatdırılma müddəti : 25.12.2023-cü il tarixinədək
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini imzalamaq səlahiyyətinin olması.
İştirakçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması.
Malgöndərənlərin (podratçıların) ödəmə qabiliyyətinin və maliyyə imkanlarının olması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
İştirakçının mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olması
İştirakçının ofis, məişət və server avadanlıqlarının satışı və təqdim edilməsi üzrə təcrübəsinin, peşəkarlığının, texniki imkanlarının və işçi qüvvəsinin olmasını təsdiq edən sənədlər
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Fərid Cavadzadə, Satınalmaların təşkili sektorunun müdiri
Email: [email protected]
Əlaqə telefonu: 012 493 34 67 (155)