Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Xocavənd rayonu ərazisində yerləşən Tuğ kəndi yaşayış məntəqəsinin tikinti layihəsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin” satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 600 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 3201635961
Satınalan təşkilatın ünvanı : Ağdam şəhəri
Müsabiqənin başlama tarixi və vaxtı: 13.10.2023 10:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 03.11.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.11.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 16.11.2023 17:00
Ödəniş şərtləri : Malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.Avans müqavilə məbləğinin 30% həcmində nəzərdə tutulur.
Çatdırılma yeri : Xocəvənd rayonu
Çatdırılma müddəti : 65 təqvim günü ərzində
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı)
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitləri
Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar
İxtisas göstəriciləri:
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalıdır
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmamalı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməlidir;-
Malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
İddiaçının əsas işçi heyəti barədə məlumat
İddiaçının texnikası barədə məlumat
Baş podratçı və ya subpodratçı kimi son beş il (2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 1 (bir) milyon AZN-dən az olmayan, müraciət edənin hissəsi isə ən azı 750 000 (yeddi yüz əlli min) AZN olan (müraciət edən müqaviləni birgə müəssisənin üzvü olaraq icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 2 (iki) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər təqdim edilməlidir.
İddiaçı sərbəst maliyyə imkanlarına (ən azı 1 milyon AZN) malik olması (təsdiq edici sənədlər təqdim olunmalıdır: sərbəst maliyyə resursları və ya bankın zamin olduğu kredit məbləği)
İddiaçının əleyhinə məhkəmə çəkişmələri və arbitraj məhkəməsinin qərarları İddiaçının xalis kapital dəyərinin əlli faizindən (50%) artıq olmamalıdır.
Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatı ( mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı
Son beş il (01 yanvar 2018 – 31 dekabr 2022) ərzində tikinti quraşdırma işləri üzrə ən azı 2 milyon AZN dövriyyə tələb olunur
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Emil Quliyev , Baş məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: 0506400004
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Baş Plan-söküntü işləri |
Detallı iş həcimləri əlavədə öz əksini tapmışdır. |
1 |
ədəd |
2 |
Baş Plan-Şaquli planlaşdırma |
Detallı iş həcimləri əlavədə öz əksini tapmışdır. |
1 |
ədəd |
3 |
Müvəqqəti binalar və qurğular - 0,6% (Yalnız tikinti-quraşdırma işlərinə) |
Tələb olunan |
1 |
ədəd |
4 |
Qış vaxtı tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yaranan əlavə xərclər (0,4*0,8=0,32%) (Yalnız tikinti-quraşdırma işlərinə) |
Tələb olunan |
1 |
ədəd |
5 |
Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyyat vəsait 1% |
Tələb olunan |
1 |
ədəd |