Dövlət satınalmalarının vahid internet portalı (www.etender.gov.az) istifadəçi təcrübəsinin daha da yaxşılaşdırılması, proseslərin çevikləşdirilməsi və şəffaflığın artırılması məqsədilə funksional yeniliklərlə təkmilləşdirilib.
Qarabağda 2,5 milyon manatlıq layihəyə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
FED.az funksional dəyişiklik çərçivəsində yaradılan əlavə imkanları təqdim edir:
-
Şərtlər toplusunda dəyişiklik zamanı seçim imkanı:
İndi istifadəçilər şərtlər toplusuna dəyişiklik etdikdə “Dəyişiklik” və ya “Vaxtın uzadılması” seçimlərindən birini seçə bilərlər. -
Şərtlər toplusunun yenidən yaradılması imkanı:
İstifadəçilər daha əvvəl ləğv edilmiş satınalmanı əsas götürərək yeni şərtlər toplusu yarada və prosesi yenidən başlada bilərlər. -
Avtomatik dərc funksionallığı:
Şərtlər toplusu əsasında yaradılan satınalmalar sistem tərəfindən avtomatik olaraq portala yerləşdirilir. -
Yeni yaradılmış versiyanın əvvəlki ləğv edilmiş versiya ilə əlaqələndirilməsi:
Yenidən yaradılmış satınalmalara dair məlumatlar əvvəlki ləğv edilmiş versiyalarla sistem daxilində əlaqələndirilir və portal istifadəçiləri üçün keçid təmin olunur. -
Əvvəlki versiyalara baxış imkanı:
İstifadəçilər şərtlər toplusunda əvvəlki versiyalara keçid edərək sənədin əvvəlki vəziyyəti ilə tanış ola bilərlər. -
İllik satınalma planından birbaşa keçid imkanı:
Artıq illik satınalma planında nəzərdə tutulan satınalma üzrə birbaşa olaraq şərtlər toplusu və elana keçid etmək mümkündür. -
Çərçivə sazişi seçimi:
Yeni sahə vasitəsilə istifadəçilər şərtlər toplusu yaradarkən çərçivə sazişi seçimini aktivləşdirə bilərlər. -
Video təlimatın yenilənməsi:
İstifadəçilər üçün “Şərtlər toplusu” bölməsinə dair yenilənmiş video təlimat təqdim edilmişdir. Təlimata keçid: [Link] -
Texniki optimallaşdırmalar və düzəlişlər:
Portalda performansın artırılması, istifadəçi rahatlığının təmin olunması və mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə bir sıra texniki təkmilləşdirmələr aparılmışdır.