“2018-ci ildə vahid büdcə təsnifatının təkmilləşməsi ilə bağlı ciddi addımlar atılıb”.
Eləcə də bax: Dövlət Satınalmaları haqqında Qanun dəyişdirilir - YENİ TƏLƏB QOYULACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Hesablama Palatasının sədri bildirib ki, bununla belə bəzi istiqamətlər üzrə uyğunsuzluqların olması büdcə uçotuna mane olur:
“Büdcə təsnifatının təkmilləşməsinə ehtiyac var. Dövlət müəssisələrinə ayrılan subsidiyaların nəticəli və effektiv olmasını təmin etmək məqsədilə yeni proqram formalaşdırılmalıdır. Dövlət borcu və zəmanəti üzrə öhdəliklər təminat fondu ilə bağlıdır. Dövlət vəsaiti fondun formalaşmasında iştirak edir. Bu fondun növbəti illərdə funksiyalarının yenidən müəyyənləşdirilməsinə ehtiyac var. Son illər İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə rəqabətin artırılması ilə bağlı tədbirlər həyata keçirir. Təkmil satınalma mexanizmləri yaradılmalıdır. Dövlət satınalmaları ilə bağlı müasir çağırışlara cavab verən yeni hüquqi bazanın formalaşdırılmasına və şəffaf satınalma saytının yaradılmasına da ehtiyac var”.