Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bir neçə qanun layihəsinin dəyişilməsi müzakirə edilir.
Eləcə də bax: Əmlak vergisi üzrə iki güzəşt - LƏĞV EDİLİR
Dövlət Satınalmaları haqqında Qanuna da şamil edilməsi müzakirə edilir.
FED.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Vergi Xidmətinin idarə rəisi Nicat İmanov çıxışında deyib.
Bildirilib ki, Dövlət Satınalmaları haqqında Qanuna dəyişkliyin nəzərdə tutulması daimi nümayəndəliklərlə bağlıdır.
Belə ki, bundan sonra tikinti, istehsal, tikinti quraşdırma işlərini həyata keçirən qeyri - rezident şəxslərin birbaşa dövlət satınalmalarında iştirak edəcəkləri halda Azərbaycanda daimi nümayəndəliklərinin olması tələb ediləcək.
Dəyişiklik vergilərin ölkə ərazində tam ödənilməsi və vergidən yayınmanın qarşısının alınması məqsədini daşıyır.