Dövlət Reklam Agentliyi publik hüquqi şəxsi "3D “Virtual Xəritəçilik” sisteminin və sistemə davamlı texniki xidmətin satınalınması" üçün sentyabr ayında elan etdiyi tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, qalib şirkət "OCTOPUS" MMC-dir.
Eləcə də bax:Dövlət Reklam Agentliyinin idarəetmə forması - DƏYİŞİB
Dövlət Reklam Agentliyi qalib şirkətlə məbləği 974 min 680 manat olan müqavilə imzalayıb.
Müqavilə 3D “Virtual Xəritəçilik” sisteminin və sistemə davamlı texniki xidmətin satın alınması üçün bağlanıb.