Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Digər malların alınması" xərc maddəsi üzrə malların satın alınması” və “Ümumtəhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi «Simplex» ASC şirkəti olub. Şirkətlə birinci tender üzrə 12 milyon 426 min 723, ikinci tender üzrə isə 6 milyon 483 min 291 məbləğində müqavilə imzlanıb.
Ümumilikdə tenderlərin ümumi dəyəri 18 milyon 910 min 015 manat təşkil edib
Qeyd edək ki, şirkət həmçinin qurumun 17 milyon 627 min 092 manat dəyərindəki “Dəftərxana və təsərrüfat mallarının satın alınması” (04.11.2022) tenderini qazanıb.