Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi bir-birinin ardınca 5 tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, "Atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı xərclər maddəsi üzrə malların satın alınması ”tenderin qalibi "ST MARK" QSC olub. Şirkətlə bu tender üzrə 482 min 723 manat dəyərində müqavilə imzalanıb.
6 milyon 964 min 928 manat dəyərindəki “Məktəbəqədər təhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması”, 16 milyon 929 min 956 manat dəyərindəki “ Mebel inventarlarının satın alınması“ və 2 milyon 225 min 001 manat dəyərindəki “İdman inventarının və digər avandanlıqların satınalınması” tenderlərinin qalibi VEST-LTD QSC şirkəti olub.
“Dəftərxana və təsərrüfat mallarının satın alınması” tenderinin qalibi isə “Simplex” QSC olub. Şirkətlə 17 milyon 627 min 092 manat dəyərində müqavilə imzalanıb.
5 tenderin ümumi dəyəri isə 44 milyon 254 min 700 manatdır.