Milli Depozit Mərkəzi tərəfindən İnformasiya Təhlükəsizliyi İdarə Edilməsi Sisteminin yoxlanılması məqsədilə audit xidmətinin satın alınması ilə bağlı elan edilmiş tender ləğv olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın ləğvinə səbəb nəzarət orqanının qərarıdır.
Belə ki, təchizatçının təqdim etdiyi sənədlərdə (Forma 2 və satınalma predmeti üzrə cədvəldə) ƏDV daxil qiymət 20 060 manat göstərildiyi halda, elektron portalda bu rəqəm 23 670,80 manat kimi əks olunub. Təchizatçı bunun texniki xəta olduğunu bildirsə də, nəzarət orqanı bu halı birdən artıq qiymət təklifinin verilməsi kimi qiymətləndirərək satınalmanı ləğv edib.










