Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən elan edilən tender ləğv edilib.
Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Sumqayıt Bulvarında təmir planları təxirə salındı – 2 TENDER LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, tender 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinə və onun xidməti avtodayanacağına gündəlik təmizlik xidmətlərinin satınalınması üçün elan edilmişdi. Ləğv səbəbi olaraq təqdim olunan təkliflərin heç birinin şərtlər toplusunun tələblərinə cavab verməməsi göstərilib. Satınalma prosesi “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.2-ci bəndinə əsasən baş tutmamış sayılıb.
Satınalma çərçivəsində 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinin 2.660 kvadratmetr və avtodayanacağının 1.300 kvadratmetr sahəsində gündəlik təmizlik işlərinin aparılması nəzərdə tutulurdu. Ehtimal olunan dəyəri 226 968 manat olan tender 1 aprel 2025-ci il saat 17:19-da dərc olunmuş, iştirakçılar üçün son təklif təqdimetmə və zərflərin açılış tarixi isə 23 aprel 2025-ci il saat 12:00 müəyyənləşdirilmişdi. Lakin təqdim edilən təkliflər tələblərə uyğun gəlmədiyindən tenderə yekun vurmaq mümkün olmayıb.