Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi ““Teleradio” İB tərəfindən radioyayım şəbəkəsinin genişləndirilməsi üçün radio- televiziya yayım stansiyalarında (RTYS) elektrik veriliş xəttinin təminatına dair görüləcək işlərin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Global İn-Group” MMC olub.
Qalib şirkətlə 4 559 877 manat məbləğində müqavilə imzalanıb.