Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: 3 milyon manata yaxın vergi borcu olan şirkətə - 3,6 MİLYON MANATLIQ SİFARİŞ
FED.az xəbər verir ki, tenderi “R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC qazanıb.
Azərtac Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 70 ünvandakı yeni inzibati binasına texniki avadanlıqların alınması üçün “R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC ilə 3 milyon 383 min 932 manat məbləğində müqavilə imzalayıb.