Bakı Sağlamlıq Mərkəzi tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: FHN tenderlərinin qaliblərini açılayıb - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, tenderi "Azəri-Med" MMC qazanıb.
Sağlamlıq mərkəzi dərman preparatları və tibbi sərf malları üçün "Azəri-Med" MMC-yə 3 milyon 600 min manat ödəyəcək.
Qeyd edək ki, "Azəri-Med" MMC 2 iyul 2004-cü ildə 1020 manat kapitalla qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hazırda "Azəri-Med" MMC-nin 2 milyon 915 min 128 manat vergi borcu var.