Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən elan olunmuş üç satınalma müsabiqəsi eyni səbəbdən ləğv edilib.
Dövlət qurumunun 10 milyon manatlıq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
FED.az xəbər verir ki, həmin tenderlər “Antivirus və ofis proqramlarının alınması”, “Kartriclərin doldurulması” və “Sair torpaq, tikili və avadanlıqların (xərək, əleyhqaz, respirator, tibb çantası) alınması” ilə bağlı olub.
“Antivirus və ofis proqramları” tenderi 11 sentyabr 2025-ci il saat 13:43-də dərc olunmuş, təkliflərin təqdim olunması və zərflərin açılışı 2 oktyabr 2025-ci il saat 15:00-da keçirilməli idi. Ehtimal olunan qiymət 5 244 manat idi.
“Kartriclərin doldurulması” müsabiqəsi 11 sentyabr 2025-ci il saat 13:42-də elan edilmiş, təkliflərin qəbulu və açılışı 2 oktyabr 2025-ci il saat 16:00-da nəzərdə tutulmuşdu. Ehtimal olunan qiymət 2 027 manat təşkil edirdi.
“Sair torpaq, tikili və avadanlıqların alınması (xərək, əleyhqaz, respirator, tibb çantası)” adlı üçüncü tender isə 11 sentyabr 2025-ci il saat 13:40-da dərc olunmuş, zərflərin açılışı 2 oktyabr 2025-ci il saat 15:00-da baş tutmalı idi. Bu müsabiqə üzrə ehtimal olunan qiymət 45 265 manat idi.
Hər üç tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, iştirakçıların sayı üçdən az olması səbəbindən ləğv edilib.