Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən elan olunmuş iki tender ləğv edilib.
Satınalmalar yarımçıq qaldı: "İctimai TV"nin tenderləri niyə baş tutmadı?
FED.az xəbər verir ki, ləğv edilmiş tenderlər “Döşəməyuyan və sənaye tipli tozsoran təmizlik avadanlıqlarının satın alınması” və “Antidekubital (yataq yarası əleyhinə) tibbi döşəklərin satın alınması” ilə bağlı olub.
Birinci tender, “Döşəməyuyan və sənaye tipli tozsoran təmizlik avadanlıqlarının satın alınması” müsabiqəsi 10 sentyabr 2025-ci il saat 17:00-da dərc olunmuşdu. Təkliflərin qəbulu və zərflərin açılışı 2 oktyabr 2025-ci il saat 12:00-da keçirilməli idi. Ehtimal olunan qiymət 9 340,69 manat təşkil edirdi. Lakin satınalmada iştirak edən və tələblərə cavab verən təchizatçıların sayı üçdən az olduğuna görə tender yetərsay olmadığı üçün ləğv edilib.
İkinci tender, “Antidekubital (yataq yarası əleyhinə) tibbi döşəklərin satın alınması” müsabiqəsi isə 10 sentyabr 2025-ci il saat 16:56-da elan edilmişdi. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılışı 2 oktyabr 2025-ci il saat 15:00-a təyin olunmuşdu. Ehtimal olunan qiymət 36 462,00 manat idi. Tenderin ləğv səbəbi eyni olub.
Beləliklə, hər iki satınalma proseduru iştirakçıların sayının az olması səbəbilə nəticəsiz qalıb.