Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən elan edilmiş 2 tender ləğv edilib.
AMB-nin tenderinə maraq göstərən şirkət olmadı - TENDER LƏĞV EDİLDİ
Naxçıvanda 13 milyonluq tikinti tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
FED.az xəbər verir ki, birinci tender döşəməyuyan və sənaye tipli tozsoran təmizlik avadanlıqlarının alınmasına aid idi. Ehtimal olunan dəyəri 9 341 manat olan bu satınalma üzrə təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi 14 avqust 2025-ci il saat 10:00 olaraq müəyyən edilmişdi. Lakin qanunvericiliyə əsasən tələb olunan saydan az təchizatçı müraciət etdiyi üçün (36.1.1-ci maddə), müsabiqə ləğv olunub.
İkinci ləğv edilən satınalma isə dezinfeksiya və sterilizasiya sərf materiallarının alınması ilə bağlı idi. Bu tenderin ehtimal olunan qiyməti isə 68 242 manat təşkil edirdi. Təkliflərin qəbulu və açılışı 14 avqust 2025-ci il saat 12:08-də keçirilməli idi. Lakin burada da eyni səbəb – minimum tələbi ödəyən təchizatçı sayının üçdən az olması səbəbindən (36.1.1-ci maddə) müsabiqə baş tutmayıb.