Tikilməkdə Olan Meliorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Aşağı Köndələnçay, Köndələnçay 1 və Köndələnçay 2 su anbarlarının təmiri, bərpası” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «RAMCO» QSC şirkəti olub. Şirkətlə 11 milyon 484 min 444 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Kənd Təsərrüfatı Nazirliyinin 1 milyon 729 min 744 manat dəyərindəki “Salyan rayonunda, Mini Pambıq Emalı Sexinin tikintisi” (24.12.2019) tenderini qazanıb.