Səhiyyənin Təminat Mərkəzi “AR Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üçün məişət avadanlıqlarının satınalması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Azelectronics” MMC olub.
Qalib şirkətə 1 093 007 manat ödəniləcək.
Qeyd edək ki, “Azelectronics” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Çingiz Abbasov Əli oğludur . Hüquqi ünvanı Az1015, Bakı Şəhəri Xətai Rayonu, General Şıxlinski, Ev 20a, m. məh.2942 D,8-ci döngə ünvanında yerləşir.