"Milli Hematologiya və Transfuziologiya Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən Qanınbədxassəli və Talassemiya Dövlət Proqramları çərçivəsində ehtiyac olan dərman preparatları, reaktiv və tibbi sərfiyyatların satınalınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 21 milyon 761 min 709 manat 58 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 21 milyon 765 min 722 manat 41 qəpik idi.
Qeyd edək ki, "Avromed Company" QSC bundan əvvəl də (02.12.2025) iri məbləğli tenderdə qalib gəlib. Şirkət "Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə müəssisələri üçün dərman preparatlarının satınalınması üzrə keçirilən tenderi qazanıb. Həmin müqavilənin dəyəri 2 milyon 117 min 642 manat 92 qəpik təşkil edib.











