Regional Su Meliorasiya Xidməti ““Polietilen(HDPE), PVC və beton borular”ın satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı - BU ŞİRKƏTDƏN ALDI
FED.az xəbər verir ki, tenderin qalibi “Polimart” MMC (VÖEN: 4501228081) olub.
Qalib şirkətə 2 099 714 manat ödəniləcək.
Xatırladaq ki, tenderin ehtimal olunan dəyəri isə 3 109 346 manat müəyyən edilmişdi. Nəticə etibarilə qalib şirkət tenderi 1 milyon manatdan çox ucuz məbləğə udub.
Qeyd edək ki, “Polimart” MMC-nin nizamnamə kapitalı 100 AZN təşkil edir və qanuni təmsilçisi Fərhad Musayev Aslan oğludur.