Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi böyük həcmli tenderin qalibini müəyyən edib.
Ağstafadan 844 minlik mənzil alışı planı - KAĞIZ ÜSTÜNDƏ QALDI
FED.az xəbər verir ki, paytaxtın kanalizasiya şəbəkəsinin əsas hissələrindən sayılan "Sahil kollektorunun yenidən qurulması üçün layihə-smeta sənədlərinin hazırlanması və tikintisi işlərinin satın alınması" üzrə keçirilən tenderin qalibi Avroasiya İnşaat Korporasiyası “Evrascon” ASC (VÖEN:1000085511) olub.
1983-cü ildə istismara verilmiş kollektor Səbail rayonu ərazisində Əl Oyunları İdman sarayından Fəhlə prospektindəki Zığ Nasos Stansiyasına qədər uzanır. Bu kollektorun yenilənməsi müqabilində qalib şirkət nə az, nə çox 90.600.000 manat qazanacaq.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
“EvrasconN” ASC-nin əvvəlki 10 milyon manatdan yuxarı dəyərə malik layihəsi, 22 noyabr 2023-cü ildə dərc edilən və 31.677.740,95 manat dəyərində olan tenderlə bağlıdır. Bu tender çərçivəsində şirkət, “Bakı Metropoliteni” QSC-nin “H.Aslanov” stansiyasının dalan yollarında deformasiyaya uğramış yükdaşıyıcı konstruksiyaların bərpası işlərini həyata keçirib.
Qeyd edək ki, Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 377 290 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Hüquqi ünvanı AZ1006, Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov, ev.8 ünvanında yerləşir.