"Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsi tərəfindən elan edilmiş tender ləğv olunub.
Uyğun olmayan təkliflər “Azərterminalkompleks”in - TENDERİNİ LƏĞVƏ APARDI
FED.az xəbər verir ki, satınalma əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Ağstafa rayonunda 3 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı mənzillərin alınmasını nəzərdə tuturdu. Lakin müsabiqə iştirakçı çatışmazlığı səbəbindən baş tutmayıb.
Qanunvericiliyin 36.1.1-ci bəndinə əsasən, satınalmada iştirak etmək üçün təklifi və onun təminatını təqdim etmiş, eyni zamanda tələb olunduqda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə tender ləğv edilib.
Tenderin ehtimal olunan dəyəri 844 min 470 manat idi. Müsabiqə 14 aprel 2025-ci il saat 18:24-də dərc edilmişdi. Təkliflərin təqdim olunması və zərflərin açılması tarixi isə 6 may 2025-ci il saat 17:00-a təyin olunmuşdu.
Agentlik bu tender vasitəsilə sosial həssas əhali qruplarının mənzil şəraitinin yaxşılaşdırılmasını hədəfləyirdi.