Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti tenderlərinin qaliblərini açıqlayıb.
Eləcə də bax: Təhsil Nazirliyi dərsliklərin istehsalına - 9,8 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, qurum 5 tender üçün 10 milyon 892 min 618 manat xərcləyib.
Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC “KƏMALƏ-A” FİRMASI ilə "Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarzə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri" obyekti tərkibində Astara rayonun Pensərçay çayında sahilbərkitmə işləri üçün 511 min 150 manat,
"QARABAĞ-ER" MMC ilə "Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarzə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri" obyekti tərkibində Ağcabədi rayonu ərzisində Qarqarçayda selə qarşı müabrizə tədbirləri üçün 1 milyon 10 min 601 manat,
"TEYMUR-M" MMC ilə "Şamaxı rayonu ərazisində 8 ədəd kiçik sututarda zəruri təmir-bərpa işlərinin aparılması" (7 ədəd sututar) üçün 4 milyon 848 min 867 manat,
"SU-HƏYAT" MMC ilə Balakən rayonunda 10 quyu qazılması üçün 425 min manat,
"AZMEK-LTK" MMC ilə Füzuli rayonunda 14 quyu, Beyləqan rayonunda 12 quyu üçün 1 milyon 82 min manat,
“AZƏR SƏNAYE TİKİNTİ DƏMİR BETON ŞİRKƏTİ" MMC ilə Qəbələ rayonunda 10 quyu, Oğuz rayonunda 10 quyu, Şəki rayonunda 18 quyu, Qax rayonunda 17 quyu, Zaqatala rayonunda 18 quyu qazılması üçün 3 milyon 15 min manat məbləğində müqavilələr bağlayıb.