Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə poliqrafiya işləri üçün keçirdiyi tenderlərin qaliblərini açıqlayıb.
Eləcə də bax: UNEC yeni tikilmiş tədris binası üçün - 3,5 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, nazirlik poliqrafiya işləri üçün 9 milyon 824 min 748 manat xərcləyib.
Belə ki, nazirlik "ASPOLİQRAF LTD" MMC ilə peşə ixtisasları üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üçün 419 min 130 manat; "TƏHSİL" NƏŞRİYYAT POLİQRAFİYA MMC ilə ümumi təhsilin ictimai fənləri üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üçün 3 milyon 496 min 206 manat; "ÇAŞIOĞLU ELM-İSTEHSALAT" MMC ilə ümumi təhsilin texniki fənləri üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üçün 4 milyon 88 min 754 manat, məktəbəhazırlıq proqramı üzrə dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üçün 997 min 38 manat məbləğində müqavilələr bağlayıb.