Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi iki iri tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, elanlardan birində “Kompüter, ofis avadanlıqlarının və fiziki yaddaşlar”ın satın alınması nəzərdə tutulur.
Tenderin qalibi "Caspel" MMC seçilib. Qalib şirkətə 1 928 862 manat ödəniləcək.
Respublikanın bir sıra təhsil müəssisələrinin əsaslı təmiri və kommunal-kommunikasiya işlərinin satınalınması işləri isə "Universal-S" MMC olub. Həmin şirkətə 2 632 086 manat ödəniləcək.
Tenderlərin ümumi məbləği 4 560 948 manatdır.