Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (VÖEN: 1400057141) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 2 ədəd sedan tipli avtomobilin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 439 min 66 manatdır. Bir avtomobil üçün ehtimal olunan qiymət 219 min 533 manatdır.
Tenderdə iştirak haqqı 350 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Pərvin Əsədov - Təsərrüfat şöbəsinin müdir müavini / [email protected] / +994 55 511 18 18
Qeyd edək ki, İdarə bundan əvvəl də eyni tenderi elan etmişdi. Bu zaman 2 ədəd sedan tipli avtomobilin alınması üçün 409 min 460 manat – hər avtomobil üçün 204 min 730 manat ayrılmışdı. Ötən ayın sonunda satınalmada iştirak etmək üçün müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə tender ləğv edilmişdi.













