“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi (VÖEN: 8000075911) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə minik və yük avtomobil nəqliyyat vasitələrinin satın alınmasına aiddir. Ümumilikdə 5 minik və 1 yük avtomobilinin alınması nəzərdə tutulur.
Satınalmanın ehtimal olunan qiyməti 268 min 300 manatdır. İddiaçılar təkliflərini 17 oktyabr 2025-ci il tarixinədək Xankəndi şəhəri ünvanına təqdim edə bilərlər.
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Minik avtomobili |
Ban növü: Offroader,Buraxılış ili 2025, SUV 3 qapı Təkər formulu – 4x4, üç qapılı, oturacaqların sayı – 4, uzunluğu – azı 3740 mm, eni – azı 1680 mm, hündürlüyü – azı 1640 mm, təkər bazası – azı 2200 mm, klirens – azı 205 mm, mühərrik növü – benzinli, yanacaq növü – Aİ-92, işlək həcmi – azı 1,7 litr, maskimal sürət – azı 142 km/saat, maksimal güc – azı 83 a.g., yanacaq çənin həcmi – 42 litrdən az olmayraq, sürətlər qutusu – mexaniki, 5 pilləli, paylayici qutu – iki pilləli, ön və arxa körpülər, əyləc sistemi – ikili konturlu vakuum gücləndiricisi ilə, disk/barabanlı, sükan idaretməsi hidrogücləndirici ilə, ön qapıların elektrik şüşəqaldıran ilə, kondisioner ilə, kilid əleyhinə əyləc sistemi ilə (ABS – Anti-lock Braking System), elektron əyləc qüvvəsini paylanması sistemi ilə (EBD – Elektronik Brake Forse Distribution), köməkçi əyləc sistemi ilə (BAS – Brake Assist System). Şinlər: 185/75R16. Ehtiyat təkər də qeyd edilən sölçüdə digər təkərlərlə eyni ölçülü olmalıdır. Rəngi – ağ. Dəm qazın norması – Euro 5. Avtomobilə azı 2 il və ya 100 000 km texniki zəmanət verilməlidir. Avtomobillərin sifarişçinin adına rəsmiləşdirilməsi, sənədləşdirilməsi xərcləri qiymət təklifində nəzərə alınmalıdır. |
5 |
ədəd |
2 |
Yük avtomobili (su maşını) |
İstehsal ili 2025 Mühərrik turbo-dizel, Avro-4 Mühərrikin həcmi 7790 sm.3 Mühərrikin gücü 240 a.g Sürət ötürmə qutusu Mexaniki, 6 pilləli MZW-6P Oturacaqların sayı 1+2 Maksimum kütlə 17 000 kq Yük götürmə qabiliyyəti 12 000 kq Avtomobilin uzunluqu 9250 x 2460 x 2880mm Təkər arası məsafə 5550 mm Yanacaq çənin həcmi 200 litr Su tanker həçmi 10-12 ton Su tanker ölçüleri 6000x2300x2450mm Su tanker özellikleri Öndən sulama, pompa Özəlliklər Kondisioner, ABS pnevmatik əyləc sistemi, gücləndirici ilə, , audio sistem, sürücü oturacaqının mexaniki tənzimlənməsi, mərkəzi kilit,duman əleyhinə faralar, gündüz işıqları, yan güzgü qızdırıcıları, hidravlik sükan . Zəmanət 5 il və ya 200 000 km Avtomobillərin sifarişçinin adına rəsmiləşdirilməsi, sənədləşdirilməsi xərcləri qiymət təklifində nəzərə alınmalıdır. |
1 |
ədəd |
Müsabiqə 25 sentyabr 2025-ci il tarixində dərc olunub. Təkliflərin son təqdim olunma tarixi 17 oktyabr 2025-ci il saat 15:00-dır. Zərflərin açılışı da həmin tarixdə saat 15:00-da keçiriləcək.
İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manatdır.
Əlaqələndirici şəxs: Fəxri Babayev – Böyük məsləhətçi
Əlaqə: [email protected], +994 10 265 99 79