"Aqrar Tədarük və Təchizat" ASC bayram yarmarkalarının təşkili ilə bağlı tenderi yekunlaşdırb.
FED.az xəbər verir ki, sözü gedən tenderdə 2024-cü ilin (yeni ilin) gəlişi ilə əlaqədar Bakı şəhəri əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının təmin olunması məqsədilə 20-30 dekabr 2023-cü il tarixlərində şəhərin 2 müxtəlif ərazilərində satış yarmarkalarının təşkili və təşkilati işlərinin satınalınması nəzərdə tutulur.
Müsabiqənin qalibi "Agro Fan" MMC seçilib. Qalib şirkətə 93 min 300 manat ödəniləcək.
Qeyd edək ki, yarmarkanın təşkilinə aşağıdakılar daxildir.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Rol Up 2x1 ölçüdə |
İri ticarət mərkəzlərinin, böyük marketlərin və biznes mərkəzlərinin girişlərində qış yarmarkası haqqında reklam xarakterli məlumatlar nümayiş olunması |
30 |
ədəd |
2 |
Polo köynək |
Loqo ilə |
25 |
ədəd |
3 |
billboard və ya scroller üçün reklam lövhəsinin dizaynı, çap və quraşdırılması |
Bakı şəhərinin müxtəlif mərkəzi küçələrində |
2 |
ədəd |
4 |
Brendvolun dizayn və çap olunmasının təchizi |
(metal karkas 4x3metr) |
3 |
ədəd |
5 |
Flayerlər |
dizaynı və çapı |
20.000 |
ədəd |
6 |
Önlük (satıcılar üçün) |
loqo ilə |
200 |
ədəd |
7 |
Gödəkçə (nəzarətçilər üçün ) |
loqo ilə |
25 |
ədəd |
8 |
Baş geyimi (beysbolka) |
Loqo ilə |
25 |
ədəd |
9 |
Mövzuya uyğun (yeni il) yarmarkanın çöl və iş hissələrinin dizayn edilməsi, bəzədilməsi və işıqlandırılması |
1400 m2 – sahə üçün nəzərdə tutulub |
1 |
ədəd |
10 |
Animator xidməti (tədbir zamanı çıxış etmək üçün) |
Şaxta baba və qar qızı |
11 |
gün |
11 |
Hər bir yarmarkanın yanında əlavə olaraq daşına bilən mobil sanitar qovşaqlarla (3 ədəd) təchiz edilməsi və onlara gündəlik qulluq göstərilməsinin təmin edilməsi; |
icarə əsasında |
11 |
gün |
12 |
Yarmarkanın fəaliyyəti ilə bağlı məlumatların gündəlik olaraq kütləvi informasiya vasitələrində və sosial şəbəkədə işıqlandırılması |
gündə 1 dəfədən az olmayaraq postların hazırlanması, yerləşdirilməsi |
11 |
gün |
13 |
Ticarətin təşkili ilə bağlı gündəlik olaraq ərazinin təmizlənməsi |
yığışdırılması, tullantıların daşınması, baytarlıq-fitosanitar və sanitar-epidemioloji nəzarət tədbirlərinin görülməsi; |
11 |
gün |
14 |
Sanitar-gigiyenik qaydalarına riayət olunması məqsədilə məntəqələrin lazımi ləvazimatlarla təmin edilməsi |
spirt, bone və tibbi maska |
11 |
gün |
15 |
Yarmarkanın daxili sahəsinin isidilməsi üçün istilik avadanlıqları |
icarə əsasında |
40 |
ədəd |
16. | Hər bir yarmarkanın girişində 5x5m ölçüdə səhnənin qurulması, dekorasiyanın qurulması və tərtibatı işlərin təşkili | səsgücləndiricilər, mikrofonlar və işıq sistemi | 2 | ədəd |