Dövlət Neft Fondu (VÖEN: 9900041961) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində təmizlik xidmətlərinin satınalınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 659 min 360 manatdır.
Əlaqələndirici şəxs: Elvin Səfərov / Satınalmaların idarəedilməsi departamentində baş mütəxəssis / [email protected] / +994 12 498 77 53 (6015)
Qeyd edək ki, Dövlət Neft Fondu ötən il təmizlik xidmətlərinin satınalınması ilə bağlı “Təmizliyin İncisi” MMC (VÖEN: 1004445421) ilə 317 min 658 manatlıq, 2024-cü ildə isə “Parlaq Məkan” MMC ilə 298 min 574 manatlıq satınalma müqavilələri bağlamışdı.
Bildirək ki, “Parlaq Məkan” MMC “Təmizliyin İncisi” MMC-nin əvvəlki adıdır. Şirkətin adı dəyişdirilərək “Təmizliyin İncisi” MMC adlandırılıb.














