Lənkəran Rayon Mərkəzi Xəstəxanası “Maşın və avadanlıqların əsaslı təmiri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Nam Group” MMC olub. Şirkətlə 81 min 468 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının 31 min 009 manat dəyərindəki eyniadlı tenderini (01.11.2022) qazanıb.