Dövlət Məşğulluq Agentliyi ““İşsiz şəxslərlə iş” konsepsiyası çərçivəsində karyera məsləhətçilərinin yetişdirilməsi və kadr potensialının inkişafı məqsədi ilə təlimlərin keçirilməsi xidmətinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi Azərbaycan Menecment Və İnvestisiya Korporasiyası olub. Şirkətlə 89 min 496 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin 5 min 900 manat dəyərindəki ““Proqram təminatlarında (ERP və MRP proqramları, master data, müqavilə və razılaşmalar üzrə ixtisaslaşmış proqramlar) qarşılanmayan ehtiyacların öyrənilməsi, boşluq, problem və perspektivlərin müəyyən edilməsi” mövzusu üzrə daxili bazar araşdırmasının aparılması xidmətinin satın alınması” (12.04.2022) tenderini qazanıb.