Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi “"Gəncə-38" hərbi şəhərciyində yerləşən N nömrəli iki mərtəbəli əsgər yataqxanasının binasında aparılacaq işlərin satın alınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib şirkət "Babil Construction And Procurement" MMC olub. Şirkətlə 1 milyon 736 min 979.91 manat məbləğində müqavilə imzalanıb.
Şirkətlə bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin 42 min 877.78 manat məbləğində “Aqrar Xidmətlər Agentliyinin inzibati binasının cari təmir işlərinin satın alınması” tenderi üzrə müqavilə imzalanıb. (05.11.2021)