Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi “Ağcabədi şəhərində küçələrdə yolların cari təmiri” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib “Fərid” MMC olub. Onunla 547 min 556.4 manat məbləğində müqavilə imzalanıb.
Şirkətlə bundan əvvəl qurum tərəfindən dəyəri yarım milyon manatdan çox olan daha 2 tender üzrə müqavilə imzalanıb.