“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 2 ərazisində yerləşən böyük brifinq zalının təmiri işlərinin satın alınması məqsədilə açıq tender elan edir
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 2 ərazisində yerləşən böyük brifinq zalının təmiri işlərinin satınalınması məqsədilə keçirilən açıq tenderdə iştirakçılar [email protected] elektron poçt ünvanına yazılı müraciət etməklə prosedurun şərtlər toplusunu əldə edə bilərlər.
Təkliflərin təqdim olunması üçün son tarix 13 aprel 2026-cı il saat 15:00-dır.
Prosedur üzrə əlaqələndirici şəxs: Elşad İsmayılzadə, aparıcı mütəxəssis, [email protected], əlaqə nömrəsi - (+99412) 497-26-00; daxili 5831.












