Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Şəmkir Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Şəmkir Mənzil İstismar Kontorunun balansında olan Şəmkir şəhəri və Təzəkənd kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 12 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 8500169461
Satınalan təşkilatın ünvanı: Şəmkir r. M.Ə.Sabir 47
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 18.03.2024 15:56
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.04.2024 12:00
Zərflərin açılış tarixi və vaxtı: 19.04.2024 12:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Ramil Yusibov, Baş mühasib
Email : [email protected]
Əlaqə telefonu : 022-305 3431