Azərbaycan İnvestisiya Holdinqi holdinqin inzibati binasında və həyətyanı sahəsində təmizlik xidməti ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1702893761
Satınalan təşkilatın ünvanı: AZ1005, Bakı ş, Səbail r, Azərbaycan prospekti 6
Müsabiqənin başlama tarixi və vaxtı: 14.06.2023 19:10
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 11.07.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 19.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 20.07.2023 17:00
Ödəniş şərtləri - Təqdim edilən sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında mallar Sifarişçiyə təhvil verildikdən sonra 15 (on beş) bank günü ərzində
Çatdırılma yeri - Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6.
Çatdırılma müddəti - 1 (bir) il ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı
Son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti)
Müqavilə üzrə xidmətin icrasına cəlb ediləcək subpodratçılar barədə məlumat
İxtisas göstəriciləri:
İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq texniki və maliyyə imkanlarına, işçi qüvvəsinə idarəetmə səriştəsinə və etibarlılığa malik olmasını təsdiq edən sənədlər
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əfqan Qocayev, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: 012 599-87-80, daxili nömrə: 2950
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
İnzibati binada və həyətyanı sahədə təmizlik xidməti |
- təmizlik xidmətinin göstərilməsi üçün 1 nəfər məsul şəxs olmaqla cəmi 12 nəfər daimi işçi olmalıdır. İş vaxtı saat 9:00-18:00-a qədərdir; - inzibati binanın sahələrinin, zirzəminin, binanın ön hissəsinin və binanın fasad hissəsinin şüşələrinin, yan və arxa pəncərə şüşələrinin ayda bir dəfə təmizlik işlərinin görülməsi; - inzibati binaya aid yardımçı hissələrin (qaraj, anbar otaqları, server və texniki otaqlar, generator və transfarmator olan sahə) təmizlik işlərinin görülməsi; - inzibati binanın dam örtüyünün təmizlik işlərinin görülməsi; - inzibati binada olan sanitar qovşaqlarının daima təmiz saxlanması; - inzibati binada olan mətbəxlərin daima təmiz saxlanması stəkanların, çaydanların, dəm çaydanlarının, qəhvə maşınlarının təmizlənməsi və qab-qaşıqların təmiz saxlanılması, mətbəxlərdə əməkdaşlar üçün daima çay dəmlənməsi, suyun qaynadılması və çayın təmin edilməsi (bu işlə bağlı 4 nəfər əməkdaş ayrılmalıdır); - inzibati binada olan yeməkxana otaqlarının daima təmiz saxlanması; - inzibati binada olan istirahət otaqlarının daima təmiz saxlanması; - inzibati binada olan bütün soyuducuların ayda bir dəfə ümumi təmizlənməsi; - inzibati binanın otaqlarında olan jalüzlərin həftədə bir dəfə təmizlənməsi; - inzibati binanın qarşısında quraşdırılmış bayraqların (3 ədəd 1x1.5 metr) kimyəvi təmizlənməsi (iri bayraq-üç aydan bir) təmizlik vaxtı bayrağın montaj-demontaj edilməsi mütləqdir və bayraq iplərinin saz saxlanılması icraçının öhdəliyindədir - inzibati binanın daxilində təmizlik işləri, o cümlədən sanitar qovşaqların, liftlərin (çöldən və içəridən), mebel üzlüklərin, arakəsmə şüşələrin, döşəmələrin, ofis mebellərinin, yumşaq ofis oturacaqlarının, jalüzlərın, xalçaların, spotların təmizlənməsi, zibillərin çeşidlənərək daşınması, parça üzlü oturacaqların kimyəvi təmizlənməsi, binada quraşdırılmış iri monitorların xüsusi avadanlıqlarla təmizlənməsi; - reklam lövhələrinin (çöl lövhələrinin və inzibati binanın daxilində olan reklam lövhələri) ehtiyac olduğu təqdirdə (ən azı ildə iki dəfə) təmizlənməsi və içərilərinin yuyulması; - sanitar qovşaqların (22 ədəd) və mətbəxin (8 ədəd) lazım olan təmizlik vasitələri, yuyucu və kimyəvi maddələr, tualet və mətbəx kağızları ilə təmin edilməsi; - qeyd edilən xidmətləri yerinə yetirmək üçün iddiaçı standartlara uyğun təmizlik vasitələrinə və avadanlığa sahib olmalıdır. |
3.724,4 |
m(2) |
2 |
Zibil torbası |
30 litr, qara (50x60) rulon |
530 |
ədəd |
3 |
Zibil torbası |
120 litr, qara (80x110) (kq) |
400 |
kg |
4 |
Tualet kağızı |
3 qatlı, rulon |
2.400 |
ədəd |
5 |
Salfet |
Əl üçün, içdənçəkmə, 200 yarpaq ən azı 2 qatlı. |
1.400 |
ədəd |
6 |
Salfet |
Növü: quru, 3 qatlı, qoxusu olmayan, hipolergen olmayan, kağız qutuda. |
140 |
ədəd |
7 |
Salfet |
Qablaşdırma: kağız qutu, ölçüsü: 19 x 19.5 sm, 3 qatlı, rəngi: ağ, xüsusiyyətləri: xidmət. |
160 |
ədəd |
8 |
Salfet |
Ümumi istifadə üçün kağız əl dəsmalı, rulon tərkibi: 100 % sellüloza, 3 qatlı. |
260 |
ədəd |
9 |
Salfet |
Tualet (əl) üçün istifadə olunan, ən azı 2 qatlı, rənği ağ, iyi olmayan, rulonun eni – 92 mm, diametr 158 mm, iç diametri - 60 mm. |
430 |
ədəd |
10 |
Maye sabun |
Qalın, yapışqan, şəffaf, yüksək keyfiyyətli maye sabun yaxşı yuyucu, təmizləyici effektə malik olmalı, əllərin dərisini qıcıqlandırmamalı, tərkibində yumşaldıcı və antiseptik əlavə bitki ekstraktlar olmalı, xoş təzə qoxuya malik olmalı, bakteriyaların, kiflərin və göbələklərin geniş spektoruna qarşı bakterisid təsirinə malik olmalı, eləcə də sabunun müntəzəm istifadəsi infeksiya təhlükəsini azaltmalı və yuyucu xüsusiyyətlər qorunmalıdır. |
400 |
ədəd |