Azərbaycan İnvestisiya Holdinqi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Azərbaycan İnvestisiya Holdinqi üçün 2020-2022-ci, 2023 və 2024-cü illərin maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətləri nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1702893761
Satınalan təşkilatın ünvanı: AZ1005, Bakı ş, Səbail r, Azərbaycan prospekti 6
Müsabiqənin başlama tarixi və vaxtı: 31.05.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 22.06.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 06.07.2023 17:00
Ödəniş şərtləri - Təqdim edilən sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında mallar Sifarişçiyə təhvil verildikdən sonra 15 (on beş) bank günü ərzində
Çatdırılma yeri - Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı
Son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti)
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasını təsdiq edən sənəd
Auditorun peşə məsuliyyətinin icbari sığortası barədə müqavilənin bağlanmasını təsdiq edən sığorta şəhadətnaməsi
İxtisas göstəriciləri:
İddiaçının satınalma müqaviləsini icrasında iştirak edəcək azı 5 nəfər əməkdaşının audit xidmətlərinin göstərilməsi sahəsində ən azı 5 (beş) illik iş təcrübəsinin olması, azı 10 nəfər əməkdaşının Peşəkar mühasib sertifikatı (CPA), və Nizamnaməli Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası (ACCA) sertifikasiyalardan birinə malik olması
İddiaçının qiymətli kağızlarla bağlı investisiya fəaliyyəti olan azı 5 müştərisinin olması, analoji fond və holdinqlərin auditini həyata keçirmiş auditor şirkətləri (partnyorları) ilə işgüzar və ya birbaşa əlaqələrinin olması, eləcə də iddiaçının audit xidmətləri üzrə portfoliosunda iri vergi ödəyicisi olan dövlət şirkətlərinin olması
Azərbaycan Respublikasının dövlət qurumlarında və müəssisələrində (xalis aktivləri 100 milyon manatdan çox olan) maliyyə auditinin keçirilməsində təcrübəyə (dövlət qurumlarının siyahısı əlavə olunmaqla) malik olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əfqan Qocayev, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: 012 599-87-80, daxili nömrə: 2950