"MİDA" MMC "Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün su sayğaclarının alınıb quraşdırılması" tenderini yekunlaşdırıb.
FED.az xəbər verir ki, "RF İnşaat" MMC qalib seçilib.
Həmin şirkətə 210 931 manat ödəniləcək.
"RF İnşaat" MMC daha öncə də "MİDA"-nın aşağıdakı tenderlərini udub.
Satınalma predmeti |
Qalibin adı |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
1 |
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün su sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi |
"RF İNŞAAT" MMC |
788.098,4 |
06.04.2021 |
2 |
Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün su sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi |
"RF İNŞAAT" MMC |
258.502,84 |
01.09.2020 |
3 |
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillərin su sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi |
"RF İNŞAAT" MMC |
310.411 |
13.04.2020 |