"MİDA" MMC tərəfindən Binəqədi yaşayış kompleksində sahədaxili su-kanalizasiya şəbəkəsinin və drenaj sisteminin tikintisi, Lənkəran yaşayış kompleksində sahəxarici kanalizasiya şəbəkəsinin tikintisi ilə əlaqədar elan edilmiş açıq tenderdə vaxt dəyişikliyi edilib.
FED.az xəbər verir ki, açıq tenderin əsas şərtlər toplusunda "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə uyğun olaraq edilmiş dəyişikliklərə əsasən təkliflərin verilməsinin son müddəti 22 avqust 2023-cü il saat 17:00 və zərflərin açılışı vaxtı 23 avqust 2023-cü il saat 15:00-a müəyyən edilib.