“Aqrar Tədarük və Təchizat” ASC (VÖEN: 1101438441) tender elan edib.
Dövlət qurumu Nərimanovda kvadratı 15 manat ofis icarələyir – 540 MİNLİK MÜQAVİLƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində 15 minik avtomobilinin kasko sığortası xidmətinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 8 min 367 manat təşkil edir. Bir avtomobil üçün ehtimal olunan qiymət 558 manat təşkil edir.
Tenderdə iştirak haqqı 17 manat, istifadə haqqı 25 manatdır.
Əlaqəndirici şəxs: Həsən Qasımov - Baş mütəxəssis / [email protected] / +994 12 599 86 74
Qeyd edək ki, şirkət ötən il “Xalq Sığorta” ASC-yə minik avtomobilləri üçün kasko sığortası üçün 5 min 166 manat, “Hyundai HD 78” markalı yük avtomobilləri üçün kasko sığortası üçün 8 min 201 manat, yük avtomobillərinə kasko sığortası üçün 4 min 760 manat ödəyib.
2024-cü ildə isə minik avtomobillərinə kasko sığortası üçün “Qala Sığorta” ASC-yə 5 min 263 manat, “Hyundai HD 78” markalı yük avtomobillərinin 12 ay müddətinə kasko sığortası üçün 6 min 560 manat ödəyib.














