“Aqroservis” ASC elan etdiyi tenderin nəticələrini açıqlayıb.
AZAL Türkmənistana çarter reysi təşkil edəcək - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin nəticəsinə əsasən, AO "Eurochem" (VÖEN: 7721230290) şirkəti qalib elan olunub. Tender nitroammofoska gübrəsinin alınması məqsədilə həyata keçirilib.
Qalib şirkətlə 1 591 854 manat dəyərində müqavilə imzalanıb.
Daha az gübrə gətirildi, daha çox pul ödənildi - GÜBRƏ İDXAL DƏYƏRİ ARTDI
Qeyd edək ki, AO "Eurochem" Rusiyada yerləşən və Avropanın ən böyük mineral gübrə istehsalçılarından biri olan EuroChem Group şirkətinə aid müəssisədir. Şirkət müxtəlif gübrə növlərinin istehsalı və ixracı üzrə ixtisaslaşıb, məhsulları dünyanın bir çox ölkələrinə satılır. AO “Eurochem”in baş ofisi Rusiya Federasiyasında yerləşir və şirkət 2001-ci ildə yaradılıb.
AO "Eurochem" şirkəti "Aqroservis" ASC ilə daha əvvəl də əməkdaşlıq etmişdir. 9 oktyabr 2024-cü il tarixində yekunlaşmış tender çərçivəsində bu şirkət 4012 ton ammonium nitrat gübrəsinin tədarükü üzrə tenderin qalibi olmuşdu. Həmin müqavilənin ümumi dəyəri 1 537 749 manat təşkil etmişdi.