Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iki tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir kİ, hər iki tenderin qalibi "Farah İnnovations" MMC (VÖEN: 2900114151) seçilib.
Belə ki, qalib şirkətə "Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mövcud informasiya və kommunikasiya texnologiyalarının təkmilləşdirilməsinin satın alınması" tenderi üzrə 588 664, "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Mövcud uşaq məlumat bankı sisteminin təkmilləşdirilməsinin satın alınması" tenderi üzrə 1 569 282 manat ödəniləcək.
İki tenderin birlikdə dəyəri 2 157 946 manat təşkil edir.