"Regional Su Meliorasiya Xidməti" PHŞ tərəfindən nəqliyyat və mexanizmlərin satın alınması üzrə elan edilmiş iki açıq tenderin nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hər iki tenderin qalibi "Az-Tex-Import" MMC olub. Şirkətlə imzalanan müqavilələrin ümumi dəyəri 25 842 600 manat təşkil edir.
Müqavilələrin detalları aşağıdakı kimidir:
İstehsal təyinatlı qəza-bərpa və təmir işləri üçün mexanizmlərin satın alınması – 17 982 800 manat.
Qəza bərpa nəqliyyat vasitələrinin satın alınması – 7 859 800 manat.
Qeyd edək ki, “Az-Tex-İmport” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 226 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı AZ1142, Bakı şəhəri, Xətai rayonu, Telnov, ev 2347/48, m.290 ünvanında yerləşir.










