Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi xüsusi qida tədarükünün satınalınması üzrə tender elan edir.
6.8 milyon manatlıq tenderin – QALİBİ AÇIQLANDI
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 27.05.2022-ci il saat 11:00-a kimidir və iştirak ödənişi 250 manatdır.
Təşkilati və hüquqi sənədlər:
İddiaçının vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmaması haqqında müvafiq vergi orqanından arayışı - tenderin elan olduğu tarixdən sonrakı tarixdə alınmaqla zəruridir.
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri - notarial qaydada sənədlər təsdiq olunmaqla zəruridir.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyekti meyarlarına uyğun olması barədə arayış - tenderin elan olduğu tarixdən sonrakı tarixdə alınmaqla zəruridir.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayışı - tenderin elan olduğu tarixdən sonrakı tarixdə alınmaqla zəruridir.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - tenderin elan olduğu tarixdən sonrakı tarixdə alınmaqla zəruridir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Tural Əliyev
Əlaqə: 012 512 47 35