Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Anbar sahəsinin 2025-ci il üzrə icarəsi” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Bridge Properties” MMC (VÖEN: 1300052641) olub.
Qalib şəxslə 2 070 281 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).